BİRJA

05 Fevral

AzFinance: Amerikalı maliyyəçi və investor Piter Linçin səhm almaq istəyənlərə məsləhətləri

Amerikalı maliyyəçi və investor Piter Linçin səhm almaq istəyənlərə məsləhətləri:

1. “İnvestisiya edəcəyiniz şirkətlər haqqında çoxlu məlumat əldə edin”
Bir şirkətdən səhm alan zaman o şirkətə ortaq olmuş olursunuz. Heç kim xidmətlərinin, məhsullarının nə vəziyyətdə olduğunu bilmədiyi şirkətə ortaq olmaz istəməz.

2. “Tanımadığınız şirkətlərə investisiya etməyin”
Tanınan və bilinən bir çox şirkətin adı-sanı və nə etdiyi bəlli olmayan şirkətlərə nəzərən daha zəmanətli olduğu bir faktdır.

3. “Başqalarının düşüncələrinə görə sahib olduğunuz səhmləri satmayın”
Peter Linç söz-söhbətlər və ya xalq arasında yaranan ümumi şaiələr üzündən əllərindəki səhmləri sürətli şəkildə satmamaları mövzusunda sərmayəçiləri xəbərdar edir.

4. “Səhmlərin mənfəət gətirməsini gözləyərkən səbrli olun”
Bazardakı qısa müddətli dalğalanma sahib olduğunuz səhmləri əlinizdən çıxara bilər. Uzun müddətli yatırımlara daha çox üstünlük verin və səhmlərin gəlir gətirməsində səbrsiz davranmayın.