BİRJA

03 Fevral

“PAŞA Capital”-ın qiymətli kağızlarla əməliyyatlar üzrə müştəri sifarişlərinin icrası ilə bağlı müqaviləsi

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) “PAŞA Capital İnvestisiya Şirkəti” QSC-ni qiymətli kağızlarla əməliyyatlar üzrə müştəri sifarişlərinin qəbulu və icrasına cəlb edib. Fins.az xəbər verir ki, bu barədə İKZF-nin məlumatı yayımlayıb .

““PAŞA Capital” İKZF-nin elan etdiyi müvafiq tenderin qalibi olub. İnvestisiya şirkəti ilə 15 min manat məbləğində müqavilə bağlanıb”, - deyə məlumatda bildirilir.

Xidmətlər müqavilənin bağlandığı gündən etibarən 12 ay ərzində göstərilməlidir. Qiymətli kağızlarla əməliyyatlar üzrə müştəri sifarişlərinin qəbulu və icrası ilə bağlı əməliyyatların ümumi həcmi 60 milyon manat məbləğində planlaşdırılıb.

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

İKZF-nin nizamnamə kapitalı 566 milyon manat təşkil edir