BİRJA

03 Fevral

Çin bazarlarında "Qara Bazar ertəsi"

Çin şirkətlərinin səhmlərinin qiymətləri, virus epidemiyasının pisləşdiyi bir mühitdə, Yeni İl tətilindən sonra ilk əməliyyat günündə kəskin düşüb.

Fins.az  xəbər verir ki, səhmlərin qiymətlərində  2015-dəki "səhm köpüyünün" partlamasından bu yana ən kəskin azalma baş verib.

"CSI 300" İndeksi, bazarların 23 Yanvardan sonrakı ilk əməliyyat günündə 9.1%-ə qədər geriləyib. 2600-dən çox şirkətin səhmi 10%-dən çox dəyər itirib.

Yuan dollar qarşısında 1%-dən çox düşərək 7 səviyyəsini keçib.

"Səhmlərində əməliyyat aparmaq həqiqətən çox çətindir. Bu xəstəliyin (koronavirus) necə inkişaf edəcəyini təxmin etmək qeyri-mümkündür. Hətta mütəxəssislər belə epidemiyanın nə vaxt sona çatacağı barədə açıq bir fikirə sahib deyil. İndi səhm almaq üçün çox tezdir. Gözləyib görmək lazımdır",- analitiklər bildirib.