Martın 3-də, saat 11:00-da "Günay Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Fins.az xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 75C ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Günay Sığorta"nın ötənilki mənfəətinin bölüşdürülməsi, eləcə də şirkətin hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının buraxılması məsələləri daxildir.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.
“Renkinq”