BİRJA

31 Yanvar

“Saudi Aramco” kriptovalyutaya - SƏRMAYƏ YATIRIR

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkəti blokçeyn əsaslı ticarət şirkəti olan “Vakt”a 5 milyon dollar investisiya qoyub.

Fins.az "AZƏRTAC"a istinadən xəbər verir ki, “Saudi Aramco Energy Ventures” “Vakt”a investisiya qoyan 11 şirkətdən biridir. Bu investisiya “Vakt”ın xüsusilə Asiyada genişləmsinə kömək edəcək. Müqaviləyə əsasən, hazırda Şimali Dəniz “BFOET” xam neft bazarında fəaliyyət göstərən “Aramco Trading” də “Vakt” platformasının istifadəçisi olacaq.

Qeyd edək ki, BP, “Shell”, “Total” və “Chevron” kimi dünya nəhəngləri də “Vakt” ilə əməkdaşlıq edirlər.

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.