BİRJA

29 Yanvar

Bitcoin bahalaşaraq 9000 dolları keçdi

Bitcoin 4.2% dəyər qazanaraq 9240 dollara qədər artım göstərdi. Fins.az xəbər verir ki,  bitcoin hazırda (saat 14.00) 9.025 dollar, kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin sayı 5067 ədəd, ümumi bazar kapitalizasiyası isə 248 milyard dollardır. Bitcoin 164 milyard dollarla ümumi bazar kapitalizasiyasının 66%-ni təşkil edir. Analitiklər kriptovalyuta bazarında qiymətlərin qalxmasına təsir edən əsas fundamental faktor kimi Çində kornovirusla bağlı xəbərləri ehtimal edirlər.