“Banklardan aşağı faizlə kifayyət qədər kredit götürmüsüz və ya bunu etmək istəmirsiz. Sizə uzun müddətli geri istənməyən vəsait lazımdır amma mərhələli şəkildə”
Fins.az xəbər verir ki, bu barədə "AzFinance" İnvestisiya Şirkətinin direktoru İntiqam Səfərəliyev bu tip şirkətlərin maliyyə problemlərinin həlli və daha çox gəlir əldə etmək üçün şirkət rəhbərlərinin nə etməli olduqlarına aydınlıq gətirərkən deyib
O bildirib ki, “Təsəvvür edin ki, siz bir neçə miyon dəyəri olan şirkətin sahibisiz. Şirkət öz işini yaxşı görür. Gəlirlik 10-15% təşkil edir. Amma siz bilirsiz ki, artıq vəsait olsa effektivliyi artırıb gəlirliyi 15-20% edə bilərsiz. Banklardan aşağı faizlə kifayyət qədər kredit götürmüsüz və ya bunu etmək istəmirsiz. Sizə uzun müddətli geri istənməyən vəsait lazımdır amma mərhələli şəkildə. Yəni bir neçə illik planınız var. Bazar payınızı böyütmək, ixracı artırmaq istəyirsiniz. Yaxud bunu etməsəniz bazarda qala bilməyəcəksiz. Bilirsiniz ki, maksimum effektivliyi müəyyən kapisitəyə çatandan sonra əldə edə bilərsiz və bir çox hallarda müəyyən dövriyyədən sonra ciddi gəlir əldə edə bilərsiniz.”
"AzFinance" rəhbəri səhmlərə investisiya şirkətinin direktoru şirkət rəhbərlərinə uzun müddətli geri istənməyən vəsait əldə etmək üçün nə etməli olduqlarını izah edərək bildilib ki,”Siz bu şirkətin sahibisinizsə yaxınlaşın bir investisiya şirkətinə proses başlasın. İnvestisiya şirkətinin maliyyəçiləri vəziyyəti təhlil edəcək, maneələri tapıb həllini təqdim edəcək. Siz şirkətin dəyərini nizamnamə kapitalına çevivəcəksiniz. İlk növbədə əmin olmalıyıq ki, Sizin şirkətdəki investisiyanız öz dəyərini sənədlərdə ifadə etsin. Sonra şirkət açıq səhmdar cəmiyyətinə çevriləcək, audit olunacaq və proses başlandı.
O həmçinin hər hansı şirkətin Açıq Səhmdar Cəmiyyətə çevrilməklə şirkətin hansı üstünlükləri əldə edildiyi və buna görə necə daha çox gəlir əldə etməyin mümkünlüyü barədə də məlumat verərək “ ASC olmaqla Siz dividend ödəyən zaman 10% ödəmə mənbəyindən vergidən azad olacaqsız, yəni gəlirinizi şirkətdən çıxarmaq xərcsiz olacaq. Audit isə Sizə istənilən halda lazımdır. Bilməlisiz ki, şirkətdə vəziyyət necədir. Şirkətin dəyərinin isə sənədlərlə təsdiq edilməsi istənilən vaxt investor cəlb etməkdə Sizə kömək olacaq və həm də səhmlərinizi girov qoymaqla illik 5-6%-lə borc ala bilərsiz investisiya şirkətindən”- qeyd edib