BİRJA

28 Yanvar

Bitcoin 10 ilə 9.000.000% dəyər qazanıb

     İnvestisiyanın rentabelliyi baxımından ilk kriptovalyuta olan bitcoin qızıl və SP 500 indeksini dəfələrlə üstələyib. Bloomberg agentliyinin araşdırmasına əsasən bitcoin son 10 ildə 9.000.000% dəyər qazanıb. Belə ki, 2010-cu ildə qiyməti 0.0008 dollar olan bitcoin 2020-ci ildə faktiki olaraq 7200 dollar (05.01.20 tarixinə) ilə ticarət olunur. Agentlik bitcoin üzrə investisiya gəlirliyini digər aktivlərlə müqayisə edərək müəyyən edib ki, 10 il ərzində SP 500 indeksi 200%, qızıl isə 25% artıb.