BİRJA

27 Yanvar

Neftin qiyməti yenidən ucuzlaşıb-SƏBƏB

Neft qiymətləri düşməkdə davam edir.

 

Fins.az xəbər verir ki, Brent neftinin qiyməti 60 dollardan da aşağı düşüb. Bakı vaxtı ilə saat 07:50-də Brent nefti 2,1% ucuzlaşma ilə 59,40 dollardan alıcı tapıb.

 

ABŞ xam neftinin qiyməti isə 2,3% geriləyərək 52.95 dollara düşüb.

 

Gecə Brent neftinin qiyməti 58,84 dollar, ABŞ xam neftinin qiyməti isə 52,29 dollar səviyyəsini görüb.

 

"ÇİN VİRUSU" NEFTƏ TƏLƏBİ AZALDIR

 

Çində yayılan koronavirusun neft və neft məhsullarına, o cümlədən aviasiyada istifadə olunan yanacağa tələbatı azaldıb. Bu səbəbdən də neft qiymətləri düşür.

 

Artıq virusdan 80 nəfər ölüb. Çinin dövlət başçısı Xi Jinping, "Çin ağır bir vəziyyətlə qarşı-qarşıyadır. Virusun yayılması sürətlənir" deyib.