Markit araşdırma mərkəzinin cümə günü açıqladığı fundamental göstəricilərə əsasən, Avrozonada biznes aktivliyi indeksi yanvar ayında sənaye sektorunda 47.8, xidmət sektorunda isə 52.2 punkt açıqlanıb.
Lakin investorlar sənaye sektoru üzrə göstəricinin 46.8 punktluk proqnozu üstələsə də xidmət sektoru üzrə ehtimalın altında dərc edilməsi, investorları narahat edə bilər.
Qeyd etmək lazımdır ki, oktyabr ayından etibarən ortalama olaraq xidmət və sənaye sektorlarında artım müşahidə edilir.
Biznes fəaliyyəti indeksi (PMI) müvafiq sektorunda fəaliyyət göstərən menecerlərin aktivlik səviyyəsini ölçür. 50-dən yuxarı olan göstərici istehsalın artımı haqqında, 50-dən aşağı olan göstərici isə azalma haqqında işarədir. İndeks ölkədə iqtisadi rifahının ölçülməsi üçün istifadə edilir. İndeks 5 əsas subindeks əsasında hesablanır: Sifariş (30%), İstehsal (25%), Məşğulluq (20%), Təchizat qəbulu (15%) und Anbarda qalıq (10%