Yanvarın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,09% – 29 160,09 bəndədək enib, SP 500 indeksi 0,11% – 3 325,54 bəndədək, Nasdaq isə 0,20% – 9 402,48 bəndədək yüksəlib.
Fins.az xəbər verir, Avropa fond bazarlarında yanvarın 23-də FTSE 100 indeksi 0,85% – 7 507,67 bəndədək, Almaniya DAX-ı 0,94% – 13 388,42 bəndədək, Fransa CAC-40 indeksi isə 0,65% – 5 971,79 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,40% azalaraq 1 559,20 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,05% azalaraq 1,1049 dollar təşkil edib.