BİRJA

23 Yanvar

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

28 yanvar 2020-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0108001782
Emissiya həcmi 10 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 1820  gün
Faiz ödənişləri (olduqda) 28 iyul 2020-ci il, 26 yanvar 2021-ci il,27 iyul 2021-ci il, 25 yanvar 2022-ci il,26 iyul 2022-ci il, 24 yanvar 2023-ci il,25 iyul 2023-cü il, 23 yanvar 2024-cü il,23 iyul 2024-cü il, 21 yanvar 2025-ci il
Faiz gəliri 8.5 %
Ödəmə tarixi 21.01.2025
Anderrayter Paşa Kapital İŞQSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.