Avro və Funtda ucuzlaşmanın zəifləməsi müvəqqəti ola bilər və qlobal iqtisadiyyata təhdid yaradan virusun yayılması xəbərləri də diqqət mərkəzindədir.
Fins.az xəbər verir ki, bununla yanaşı, Çin və dünyada qripə oxşar virusunun yayılması xəbəri, əlvan metallar bazarlarında qızılın bahalaşması ehtimallarını da artırıb. Beləliklə, bir unsiya üzrə qiymət 1560$-ı yuxarı istiqamətdə qırarsa, 1600$-a kimi də dəyər qazana bilər.
Qeyd etmək lazımdır ki, kütləvi xəstəliklər iqtisadi dinamikaya da mənfi təsir edir.