Kriptovalyutanın əldə edilməsi prosesi – mayninq (mining) adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunduğundan valyuta sözünün əvvəlində “kripto” prefiksindən istifadə olunur. Kriptovalyuta mayninqi kifayət qədər mürəkkəb prosesdir və mayninqin rentabelliyi elektrik enerjisi xərci, mayninq avadanlığının dəyəri və kriptovalyutanın bazar qiyməti kimi faktorlardan aslıdır. Bitcoin – rəqəmsal valyutalar içərisində hazırda ən populyar və qiymətinə görə ən bahalı olan kriptovalyutadır. Bu səbəbdən maynerlərin böyük əksəriyyəti bitcoin mayninqi ilə məşğul olur.
Elite Fixtures elektrik enerjisinin dəyərini nəzərə alaraq müxtəlif ölkələrdə bir bitcoin mayninqi üçün nə qədər xərc lazım olduğunu araşdırıb.
Mayninqin dəyəri hesablanarkən Avalon 6, AntMiner S7 və AntMiner S9 kimi populyar qurğuların göstəricilərində istifadə edilib. Elektik enerjisinin qiymətləri barədə məlumatlar isə Beynəlxalq Energetika Agetliyindən, dövlətlərin komunal və içtimai təşkilatlarından alınıb. 115 ölkə içərisində aparılan araşdırmada Venesuela birici oldu. Venesuela elektrik enerjisinin dövlət tərəfindən qismən subsidiya edildiyi bir ölkədir və orda 1 bitcoin mayninqi 531 dollara başa gəlir. İkinci yerdə Trinidad və Tabaqo 1190 dollar, üçüncü yerdə isə Özbəkistan 1788 dollarla yer aldı.
Bitcoin mayninqinin ən baha başa gələn ölkəsi Cənubi Koreyadır. Burda bir BTC-nin əldə edilməsi 26.170 dollara başa gəlir. Təsadüfi deyil ki, Çənubi Koreya birjalarında BTC-nin qiyməti orta bazar qiymətlərindən nisbətən yuxarıdır. MDB ölkələrindən Özbəkistandan sonra mayninq Ukrayna 1.852, Belarus 2.177, Qazaxstan 2.835, Gürcustan 3.316, Moldava 4.651, Rusiya 4.675 dollara başa gəlir.
Statistikaya əsasən ölkələr üzrə mayninqin maya dəyəri aşağıdakı kimidir: ABŞ- 4.758; Çin- 3.172; Hindistan- 3.274; İran- 3.217; Yaponiya- 8.723, Turkiyə- 4.984; Braziliya- 6.741; Danimarka- 14.275; Misir- 3.172; Estoniya- 5.551; Finlandiya- 7.122; Fransa- 7.930; Almaniya- 14.275; İspaniya- 11.103; İsveç- 4.746; Niderland- 9.449; Böyük Britaniya- 8.402; Malaziya- 5.147; İsrail- 6.087; Yunanıstan- 9.120; İndoneziya- 4.329; Tayvan- 3.774; İsveçrə- 7.494; Sloveniya- 7.645; Sinqapur- 5.936; Tayvan- 3.774; Pakistan- 7.137; Norvec- 7.784; Polşa- 6.931; Makidoniya- 3.914; Argentina- 4.560; Portuqaliya- 10.825; Belçika-13.482 dollar.
(C)kriptoinvest