BİRJA

18 Yanvar

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Yanvarın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,17% – 29,348.10 bəndədək, SP 500 indeksi 0,39% – 3,329.62 bəndədək, Nasdaq indeksi isə 0,34% – 9,388.95 bəndədək yüksəlib.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında yanvarın 17-də FTSE 100 indeksi 0,85% – 7,674.56 bəndədək, Almaniya DAX-ı 0,72% – 13,526.13 bəndədək, Fransa CAC-40 indeksi isə 1,02% – 6,100.72 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,41% artaraq 1 561,5 dollara bərabər olub.

Yanvarın 17-də dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,38% azalaraq 1,1094 dollar təşkil edib.