BİRJA

17 Yanvar

SOCAR istiqrazı sahibləri nə qədər pul qazanıb ? - MƏBLƏĞ

Vətəndaşlarımız və investorlar üçün alternativ investisiya imkanları təklif edən və qiymətli kağızlar bazarında trendə çevrilmiş SOCAR İstiqrazları 17 yanvar tarixində baş tutan sayca 13-cü, 2020-ci ilin isə 1-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollar gəlir qazandırdı. Bununla da istiqraz sahiblərinin ümumi qazancı 16 milyon 250 min dollara yüksəlib.

“SOCAR Capital”-dabn fins.az-a verilən məlumatda bildirlir ki, nominal qiyməti  1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.