Vətəndaşlarımız və investorlar üçünalternativinvestisiyaimkanları təklif edən və qiymətli kağızlar bazarında trendə çevrilmişSOCAR İstiqrazları 17 yanvar tarixində baş tutansayca 13-cü, 2020-ci ilin isə 1-ci faiz ödənişi nəticəsində sahiblərinənövbəti dəfə 1 milyon 250 min dollargəlir qazandırdı. Bununla da istiqraz sahiblərinin ümumi qazancı 16 milyon 250 min dollara yüksəldi.
“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan vəfaizləri3 aylıq qrafiklərlə ödənilənSOCAR İstiqrazlarının$1.25 milyonluq rüblük faiz məbləğiistiqraz sahiblərinin hesablarına köçürülüb.
Təkrar bazar əməliyyatlarının həcminin $185 milyonaçatması, bağlanmış əqd sayının 2.000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının $34 milyona yaxınlaşması SOCAR İstiqrazlarına olan yüksək tələbatdan xəbər verir.
SOCAR İstiqrazı sahibləri hal–hazırdauyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankdagirov qoymaqla, 15–16% faizlə Manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir vəgötürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-dək enmiş olur.
Bütün bu qeyd olunan göstəricilərin ümumi nəticəsidir ki, cari il ərzində yeni istiqrazların buraxılması planlaşdırılır və müvafiq yöndə hazırlıq işləri davam etdirilir.
1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 aprel tarixində baş tutacaq. Əlavə məlumat üçün *19 99 nömrəsi vətəndaşların xidmətindədir.