BİRJA

17 Yanvar

Dollara tələb yenidən arta bilər

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında ilkin ticarət razılaşmasının dolların qiymətlərinə müsbət təsir edə biləcəyi proqnozlaşdırılır.

ABŞ və Çin arasında çoxdandır gözlənilən ticarət sazişinin birinci razılaşması nəhayət imzalandı. Razılaşmaya əsasən, Çin daha çox enerji, sənaye, kənd təsərrüfatı məhsulları və xidmət idxal edəcək ki, ABŞ-ın ticarət defisiti azalsın. 

Lakin böhran ərzində tətbiq edilən gömrük rüsumları qüvvədə qalmaqdadır və beləliklə, qlobal iqtisadiyyat yüklənmiş halda davam edəcəkdir. 

Bütün bunlar dolların aparıcı valyutalara nisbətən qiymətlərinə müsbət təsir edə bilər və avro və funtda ucuzlaşmanın şahidi ola bilərik. 

Bu baxımından, gələcək aylar ərzində açıqlanacaq önəmli fundamental məlumatlar da diqqət mərkəzində olacaqd