ABŞ-da səhmlərin qiymətləri, ABŞ və Çin arasında illərdir davam edən ticarət gərginliyində birinci mərhələ razılaşma olması və bankların dördüncü rüb mənfəətlərinin analitik proqnozları aşması ilə bütün zamanların ən yüksək səviyyələrinə çatıb.
ABŞ-da artan "risk iştahı" ilə birja indeksləri yüksəlib. Ən çox texnologiya və bankların səhmləri bahalaşıb. "Alphabet" şirkətinin bazar dəyəri ilk dəfə 1 trilyon dollara çatıb.
Güclü istehlakçı tələbi
ABŞ-da pərakəndə satışlar 3-cü ayda da yüksəlib. Ticarət Nazirliyi məlumatlarına görə, pərakəndə satışlar dekabrda 0.3% artıb. Avtomobil xaric satışlar 0.7% artıb, bu İyuldan bəri ən böyük artımdır.
ABŞ-da həftəlik işsizlik müavinəti müraciətləri 2020-ci ilin əvvəlində 50 ilin ən aşağı səviyyələrində qalmaqda davam edib. Əmək Nazirliyinin məlumatlarına görə, işsizlik müavinəti müraciətləri 11 Yanvarda sona çatan həftədə 10 min düşərək 204 min olub.
ABŞ Senatı, ABŞ, Meksika və Kanada arasındakı ticari əlaqələri yenidən müəyyən edən ABŞ-Meksika-Kanada Razılaşmasını təsdiqləyərək Prezident Donald Trampın masasına göndərib.