Beynəlxalq birjalarda Amerika maliyyə nazirinin çərşənbə axşamı verdiyi açıqlamalar fonunda bugünkü əlavələri də diqqət mərkəzində olub.
Amerikanın maliyyə naziri Stiv Mnuçin çərşənbə günü "CNBC"-yə danışarkən, ticarət sazişinin ikinci mərhələsinin Çin məhsullarına qarşı tətbiq edilən gömrük rüsumlarının götürülməsini əhatə edəcəyini bildirib.
"Rüsumlar ikinci mərhələnin başlamasına kimi qüvvədə qalacaqdır. Prezident ikinci mərhələyə nail olunacağı təqdirdə, rüsumları da nəzərə alacaqdır. Bu baş verməsə, rüsumlar da yüngülləşdirilməyəcəkdir. Beləliklə, bu, seçki ilə əlaqədar deyil və gizli razılaşma da yoxdur", deyə çərşənbə axşamı danışan nazir, danışıqların ikinci mərhələsinin 2A, 2B və 2C-yə bölüşdürüləcəyini də bu gün əlavə edib.
Maliyyə bazarlarında isə bu gün Bakı vaxtı ilə saat 20:30-da prezident Tramp ilə Çinin baş nazir müavini Liu Henin iştirakı ilə Vaşinqtonda ilkin razılığın imzalanması, sazişin detallarının açıqlanması baxımından investorlar tərəfindən böyük maraqla gözlənilir.
Qeyd etmək lazımdır ki, çərşənbə axşamı Blumberqin ("Bloomberg") yayımladığı xəbər maliyyə bazarlarında qeyri-müəyyənliyə səbəb olmuşdu. Xəbərə əsasən, Çindən idxal olunan məhsullara tətbiq edilən rüsumlar ilin sonuna - prezident seçkilərinə kimi saxlanılacaqdır.