Yanvarın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,31% – 29,030.22 bəndədək, SP 500 indeksi 0,19% – 3,289.29 bəndədək, Nasdaq indeksi isə 0,08% – 9,258.70 bəndədək yüksəlib.
Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 15-də FTSE 100 indeksi 0,27% – 7,642.80 bəndədək yüksəlib, Fransa CAC-40 indeksi 0,14% – 6,032.61 bəndədək, Almaniya DAX-ı isə 0,18% – 13,432.30 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,52% artaraq 1 556,9 dollara bərabər olub.
Yanvarın 15-də dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,2% artaraq 1,1150 dollar təşkil edib.