BİRJA

27 Dekabr

\"Apple\"ın səhmlərinin bahalaşma tempi 10 illik maksimumu yeniləyib

ABŞ-ın texnologiya nəhəngi "Apple" şirkətinin səhmlərinin bahalaşma tempi 10 illik maksimumu yeniləyib. 

Məlumata görə, 2019-cu ildə şirkətin bazar dəyəri 88,5%, təkcə dekabr ayında isə 7% artıb. Hazırda "Apple"in 1 səhminin qiyməti 290 dollar civarındadır. 

İl ərzində ABŞ-ın "Microsoft", "İntel" və "Amazon" korporasiyalarının səhmləri isə müvafiq olaraq 9,15%, 32,2% və 27,85% qiymət artımı nümayiş etdiriblər. 

© Report