Bu il qlobal səhm bazarının ümumi dəyəri 17 trilyon ABŞ dolları və yaxud 25% artaraq 85 trilyon dolları keçib.
Bu barədə Almaniyanın "Deutsche Bank"ın hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, səhm bazarının böyüməsi əsasən mərkəzi bankların, o cümlədən ABŞ-ın Federal Ehtiyat Sisteminin pul siyasətini yumşaltması ilə bağlıdır. Elə bazarda səhmlərini ən çox artıran da ABŞ-ın "Apple" və " Facebook" şirkətləridir. Onlar üzrə artım müvafiq olaraq 80% və 57% təşkil edib.
(c)"Report"