BİRJA

20 Dekabr

Mərkəzi Bank 150 milyon manat cəlb edilməsi nəzərdə tutur

24 Dekabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracın keçiriləcək.

Fins.az xəbər verir ki, hərrac vasitəsilə 150 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Müddət 13 gün, faiz dərəcəsi 5,76% - 7,49% aralığındadır.

Xəbər verdiyimiz kimi, 16.12.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 745,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdi. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.

 
 
09.12.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 800,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini elan etdiyindən bu məbləği də cəlb etmişdi.

02.12.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 655 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdi. Mərkəzi Bank 100 milyon manat cəlb etmişdi.

5.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 743,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb etməyi nəzrdə tutduğundan bu məbləği də cəlb etmişdi.