BİRJA

18 Dekabr

ABŞ prezidentinə qarşı istefa davası və dollar

Foreks bazarlarında ABŞ prezidentinə qarşı istefa davasının dərinləşməsi dolların ucuzlaşmasına səbəb ola bilər.

ABŞ prezidentinin parlamentin aşağı palata sədrinə yazdığı məktubda ona qarşı impiçment prosesini qeyri-qanuni adlandırması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına təsir edib. Məktub prosesin Senatdan keçməcəyinə işarədir. 

Lakin bu gün parlamentin Nümayəndələr Palatasında impiçment səs verməsinin keçirilməsi planlaşdırılır və qərarın qəbul edilməsi gözlənilir. Bu isə dollara olan təzyiqləri yenidən artıra bilər. 

Qızılda bahalaşma ehtimalları. 

Siyasi risklərin artması, əlvan metallar bazarlarında qızılın da bahalaşmasına səbəb olmaqdadır. Bir unsiya üzrə qiymət artıq 1477$-a təklif edilir və 1478$-ın üzərində möhkəmlənərsə, 1488$-a kimi dəyər qazana bilər. 

Brent nefti 68$-a kimi bahalaşa bilər. 

Bununla yanaşı, enerji birjaların da neft qiymətlərində bahalaşma müşahidə edilir. Belə ki, 66$-a kimi dəyər qazanan Brent neftinin bir barel qiyməti 68$-a kimi təklif edilə bilər.