Fins.az - 2024-cü ildə Gürcüstandan Azərbaycana 63 min 200 ABŞ dolları dəyərində bal ixrac edilib.
Bu, ümumilikdə Gürcüstanın bal ixracının kəskin azaldığını göstərir.
2024-cü ildə 33.8 ton bal ixrac olunub, bu da 2023-cü ilə nisbətən 64.41% dəyər, 69.4% isə həcm baxımından azalma deməkdir.
Bununla belə, Azərbaycan Gürcüstanın bal ixracı üçün əsas bazar olaraq qalır.
2024-cü ildə bal ixracının əsas bazarları arasında Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, ABŞ, İraq və Yaponiya da yer alıb.
Zemfira Ms
Fins.az