BAZAR

07 Yanvar

Türkiyə Azərbaycana 151,7 milyon dollar dəyərində mebel ixrac edib

Fins.az - 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Azərbaycana mebel ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,7% azalıb və ümumilikdə 151 milyon 715 min 11 dollar təşkil edib.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, 2024-cü ilin dekabr ayında Türkiyə Azərbaycana 12 milyon 809 min dollar məbləğində mebel ixrac edib ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 2,1% azalma nümayiş etdirir.

Bundan əlavə, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin ümumi mebel ixracı 1% azalıb və 7 milyard 895 milyon 355 min dollar olub. Lakin 2024-cü ilin dekabr ayında Türkiyə, ümumilikdə, 709 milyon 537 min dollar dəyərində mebel ixrac edərək, 2023-cü ilin dekabr ayı ilə müqayisədə 5,2% artım əldə edib.

Ümumilikdə, 2024-cü ilin son 12 ayında Türkiyə 7 milyard 895 milyon 355 min dollar məbləğində mebel ixracı həyata keçirib.