Fins.az - Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 38,2 min ton lak-boya məmulatları istehsal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 min ton və ya 6,8% artım göstərir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin dekabrın 1-i vəziyyətinə, hazır məhsul ehtiyatı 333,6 ton təşkil edib. Müqayisə üçün, 2023-cü ilin dekabrın 1-i vəziyyətində isə bu göstərici 224,9 ton olub.