Fins.az - Qazaxıstan Astananın 1 saylı sənaye zonasındakı müəssisədə istehsal edilən 80 yük elektrovozu seksiyasını Azərbaycana ixrac edib.
Bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Müəssisə Fransanın “Alstom” şirkətinin sənayeləşdirmə proqramı çərçivəsində istifadəyə verilib. Prezident Kasım-Jomart Tokayev müəssisəyə baş çəkərək, orada istehsal edilən lokomotiv gövdələri, transformatorlar və digər komponentlər haqqında məlumat alıb.
Məlumata görə, müəssisə Qazaxıstan Dəmir Yolları üçün 380 yük və 70 sərnişin elektrovozu istehsal edib. Bundan əlavə, Azərbaycana 80 yük elektrovozu seksiyası ixrac edilib.
“Alstom” şirkəti hazırda Astana, Almatı, Şu və Arısda xidmət mərkəzləri tikməkdədir ki, bu da əlavə 700 iş yerinin açılmasına şərait yaradacaq.