BAZAR

06 Yanvar

Səudiyyə ƏrəbistanıAsiya üçün neft qiymətlərini artırır

Fins.az - Fevral ayında Səudiyyə Ərəbistanı, Asiya ölkələrinə tədarük etdiyi neftin qiymətini artıracaq.

"Saudi Aramco"nun açıqlamasına görə, Asiya alıcıları üçün “Arab Light” markalı yanacağın bir barelinin qiyməti 0,6 dollar artacaq.

Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələri üçün isə Səudiyyə neftinin qiyməti bir barel üçün 1,3 dollar artacaq. ABŞ alıcıları üçün isə qiymətlər 0,3-0,4 dollar azalacaq.