Fins.az - Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Xorvatiyaya 873,4 milyon ABŞ dolları dəyərində 1,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 338,4 milyon ABŞ dolları və ya 63,2%, həcm baxımından isə 544,5 min ton və ya 61,1% artım nümayiş etdirib. Bu dövr ərzində Xorvatiya, Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında 3-cü sırada yer alıb.
Qeyd edək ki, Azərbaycan ən çox neftini İtaliyaya ixrac edib. 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan İtaliyaya 6,1 milyard ABŞ dolları dəyərində 9,9 milyon ton neft ixrac edilib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 7,8%, həcm baxımından isə 5,6% azalma nümayiş etdirib.