BAZAR

06 Yanvar

Türkiyənin kimyəvi məhsul ixracı 1% artıb

Fins.az - 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 30 milyard 785 milyon 242 min dollar olub.

Türkiyə Ticarət Nazirliyindən məlumata verir ki, 2024-cü ilin dekabr ayında Türkiyə 2 milyard 658 milyon 128 min dollar dəyərində kimyəvi məhsul ixrac edib, bu isə 2023-cü ilin dekabrı ilə müqayisədə 1,4% azalma nümayiş etdirir.

2024-cü ilin son 12 ayında Türkiyə ümumilikdə 30 milyard 785 milyon 242 min dollar dəyərində kimyəvi məhsul ixrac edib.