2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin İrana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 faiz azalaraq 11,7 milyon dollara enib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlik qeyd edib ki, yalnız bu ilin noyabr ayında Türkiyədən İrana 1,06 milyon dollarlıq sement ixrac edilib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 1,5 faiz çoxdur.
Eyni zamanda, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin qlobal sement ixracı 6,4 faiz azalaraq 4 milyard dollar təşkil edib. Noyabr ayında isə qlobal ixrac 346 milyon dollara çatıb, bu isə keçən ilin noyabr ayı ilə müqayisədə 0,3 faiz artım deməkdir.
Son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyənin sement ixracı 4,3 milyard dollara bərabər olub.
Fuad Mədətov
Fins.az