BAZAR

25 Dekabr

Türkiyədə qurulan İraq şirkətlərinin sayı azalıb

2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə İraq kapitalı ilə 93 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 68 şirkət azdır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İraq şirkətlərinin məcmu kapitalı 178 milyon 260 min 50 türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 223 milyon 355 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr ayında İraq şirkətlərinin əksəriyyəti İstanbulda (74) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən İraq şirkətlərinin ümumi kapitalı 139 milyon 10 min 50 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə İraq kapitalı ilə 41 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.