BAZAR

25 Dekabr

Mis ixracı Azərbaycana 26 milyon dollara yaxın gəlir gətirib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 25, 8 milyon ABŞ dolları dəyərində 3 708 ton mis və ondan hazırlanan məmulatlar ixrac edilib.

Fins.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1,1 milyon ABŞ dolları (4,2%), həcm baxımından isə 198 ton (5,1%) azdır.

Mis və ondan hazırlanan məmulatların Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi 0,98%-ni təşkil edib.