BAZAR

24 Dekabr

Türkiyə limanları ilə 66 milyon tondan çox neft məhsulları daşınıb

Bu ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından ümumilikdə 66 milyon 581 min 575 ton neft məhsulları daşınıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, daşınan yüklərin 4 milyon 130 min 547 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 62 milyon 451 min 28 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından tranzit olaraq 546 min 352 ton neft məhsulları daşınıb”, – deyə nazirlikdən bildirilib.

2024-cü ilin noyabr ayında Türkiyə limanları ümumilikdə 32 milyon 470 min 94 ton yük qəbul edib.

Bu dövrdə Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara qəbul edilən yüklərin həcmi 2 milyon 436 min 123 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 30 milyon 33 min 971 ton yük daşınıb”, – deyə məlumatda qeyd edilib.

Bununla yanaşı, 2024-cü ilin noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton tranzit yük daşınıb.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları ümumilikdə 363 milyon 841 min 53 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında üzən gəmilərlə qəbul edilən yüklərin həcmi 27 milyon 488 min 32 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə qəbul edilən yüklərin həcmi isə 336 milyon 353 min 21 ton təşkil edib”, – deyə nazirlikdən bildirilib.

Bu dövrdə Türkiyə limanlarından 63 milyon 524 min 718 ton tranzit yük daşınıb.

2024-cü ilin noyabr ayında Türkiyə limanları 4 min 373 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 966, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 407 olub.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları ümumilikdə 56 min 86 gəmi qəbul edib.

“Bu dövrdə Türkiyə limanlarında qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilərin sayı 36 min 550, Türkiyə bayrağı altında olan gəmilərin sayı isə 19 min 536 təşkil edib”, – deyə nazirlikdən bildirilib.