BAZAR

13 Dekabr

Bakıda orta aylıq nominal əməkhaqqı 7,3 % artıb

Bu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1252,7 manat təşkil edib.

Bu barədə Fins.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,3 faiz çoxdur.

Qeyd edək ki, 2024-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1773,3 min nəfər olub. Olardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib.

Fuad Mədətov
Fins.az