2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Aliağa limanı ümumilikdə 61 milyon 939 min 445 ton yük qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumata verilib.
Aliağa limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 3 milyon 275 min 481 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 58 milyon 663 min 964 ton yük daşınıb. Eyni dövrdə limandan 5 milyon 502 min 508 ton tranzit yük aşırılıb.
Ümumilikdə, 2024-cü ilin noyabr ayında Türkiyə limanları 32 milyon 470 min 94 ton yük qəbul edib. Bu dövrdə Türkiyə bayrağı altında olan gəmilərlə daxili limanlara 2 milyon 436 min 123 ton yük daşınmış, digər ölkələrin bayraqları altında isə 30 milyon 33 min 971 ton yük qəbul edilib. Noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton tranzit yük daşınıb.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarının ümumilikdə 363 milyon 841 min 53 ton yük qəbul etdiyi bildirilib. Bu yüklərin 27 milyon 488 min 32 tonu Türkiyə bayrağı altında üzən gəmilər, 336 milyon 353 min 21 tonu isə digər ölkələrin bayraqları altında üzən gəmilər tərəfindən daşınıb. Həmçinin, bu müddət ərzində limanlardan 63 milyon 524 min 718 ton tranzit yük daşınıb.
Noyabr ayında Türkiyə limanları ümumilikdə 4 min 373 gəmi qəbul edib. Onlardan 2 min 966-sı digər ölkələrin, min 407-si isə Türkiyə bayrağı altında olub. Yanvar-noyabr aylarında isə Türkiyə limanları 56 min 86 gəmi qəbul edib. Bu gəmilərin 36 min 550-si digər ölkələrin, 19 min 536-sı isə Türkiyə bayrağı altında üzən gəmilər olub.
Fuad Mədətov
Fins.az