BAZAR

13 Dekabr

2024-cü ilin idxal icmalı: Çin, Rusiya və Türkiyə ilk üçlükdədir

2024-cü il noyabrın 1-i vəziyyətinə Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 18 faizi Çinin payına düşüb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18 faizi Çin, 17,9 faizi Rusiya, 11,5 faizi Türkiyə, 6,2 faizi Avstraliya, 5,5 faizi ABŞ, 4,1 faizi Almaniya, 3,1 faizi İran, 2,7 faizi İtaliya, 2,2 faizi Belarus, 2,1 faizi Yaponiya, 2 faizi Koreya, 1,7 faizi Qazaxıstan, 1,6 faizi Türkmənistan, hər biri 1,4 faiz olmaqla Ukrayna və İsveçrə, 1,3 faizi Birləşmiş Krallıq, 1,2 faizi Fransa, 1,1 faizi Hindistan, hər biri 1,0 faiz olmaqla Özbəkistan və Kanada, 0,9 faizi Braziliya, 0,8 faizi İspaniya, 11,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2024-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 0,5 faiz, təzə tərəvəz – 2,4 faiz, şəkər – 62,9 faiz, tütün – 3,5 dəfə, meyvə və tərəvəz konservləri – 13,4 faiz, bitki yağları – 61,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 68,9 faiz, çay – 6,2 faiz, pambıq lifi – 98,1 faiz, mineral gübrələr – 76,3 faiz, pambıq ipliyi – 4,6 faiz, bentonit gili – 28,9 faiz artıb, kartof ixracı isə 32,0 faiz, meyvə və tərəvəz şirələri – 2,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 42,3 faiz, polipropilen – 21,4 faiz, polietilen – 17,0 faiz, elektrik enerjisi – 49,2 faiz, emal olunmamış alüminium – 16,8 faiz, sement klinkerləri – 1,2 faiz, qara metallardan çubuqlar – 0,7 faiz, qara metallardan borular – 8,6 faiz azalıb.

2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2024-cü ilin yanvar-oktyabr aylarında bitki yağları idxalı 15,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 85,3 faiz, təzə meyvə – 25,8 faiz, unlu qənnadı məmulatları – 12,3 faiz, şokolad və şokolad məhsulları – 14,5 faiz, çay – 9,2 faiz, quş əti və onun əlavə məhsulları – 38,3 faiz, mal əti – 56,5 faiz, təzə tərəvəz – 59,7 faiz, hesablama maşınları, blok və qurğuları – 25,1 faiz, yük avtomobilləri – 22,3 faiz, mebellər – 44,3 faiz, sintetik yuyucu vasitələr – 7,1 faiz, məişət kondisionerləri – 42,7 faiz, qara metallardan çubuqlar – 57,9 faiz, mineral gübrələr – 17,5 faiz, paltaryuyan maşınlar – 3,5 faiz, avtobuslar – 3,2 dəfə, polipropilen – 22,8 faiz, sement – 7,2 faiz artmış, xam şəkər idxalı isə 2,0 faiz, kartof – 21,7 faiz, siqaretlər – 71,7 faiz, minik avtomobilləri – 10,8 faiz, dərman vasitələri – 26,5 faiz, polad prokatı – 9,0 faiz, qara metallardan borular – 7,5 faiz, rezin şinlər – 8,1 faiz, polietilen – 8,3 faiz, qara metallardan künclüklər – 7,5 faiz, məişət soyuducuları – 7,0 faiz azalıb.

Fuad Mədətov
Fins.az