2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin mebel ixracı 7 milyard 862 milyon 258 min dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalma nümayiş etdirir.
Fins.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyinin verdiyi açıqlamada qeyd olunub ki, yalnız noyabr ayında Türkiyə 671 milyon 664 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,2 faiz azalıb.
Eyni zamanda, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə ümumilikdə 7 milyard 862 milyon 268 min dollar məbləğində mebel ixrac edib.
Bu azalmanın səbəbləri arasında bazar şərtləri və qlobal tələbin dəyişməsi kimi faktorlar önə çıxır.
Zemfira Ms
Fins.az