BAZAR

02 Dekabr

Türkiyə iqtisadiyyatı 2,1 faiz böyüyüb

Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına görə, 2023-cü ilin üçüncü rübündə Türkiyənin Ümumi Daxili Məhsulu (ÜDM) zəncirlə əlaqəli həcm indeksinə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% artıb.

Fins.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, cari qiymətlərlə ÜDM 53,3% artaraq 11,9 trilyon lirəyə çatıb. Bu göstərici dollar ekvivalentində 357,9 milyard dollar təşkil edib.

Sektorlar üzrə ən böyük artım tikinti sektorunda qeydə alınıb – 9,2%. Bundan sonra maliyyə və sığorta fəaliyyəti 6,2%, kənd təsərrüfatı 4,6%, daşınmaz əmlak əməliyyatları isə 2,5% artım göstərib.

Hökumət, təhsil, səhiyyə və sosial təminat sektorlarında artım 1,9%, informasiya və rabitə xidmətlərində isə 2,2% olub.

Əvvəlki rüblər üçün iqtisadi artım göstəriciləri yenidən nəzərdən keçirilib. Bununla yanaşı, AA Finans sorğusuna qatılan iqtisadçılar 2024-cü ilin üçüncü rübündə Türkiyə iqtisadiyyatının 2,64% artacağını proqnozlaşdırırdılar.