BAZAR

02 Dekabr

Azərbaycanda asfalt və beton istehsalı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 76 min ton asfalt istehsal edilib.

Fins.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə asfalt istehsalı 7,3 min ton və ya 10,6 % artıb.

2023-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 68,7 min ton təşkil edib.

Eyni zamanda cari ilin 10 ayında Azərbaycanda 4 194,9 ton beton istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 007,7 ton və ya 31,6% çoxdur.

Ötən ilin yanvar-oktyabr aylarında ölkədə 3 187,2 ton beton istehsal edilib.

Fuad Mədətov
Fins.az