BAZAR

02 Dekabr

Türkiyə limanları ilə 4 milyon tondan çox gübrə daşınıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından gübrə daşınması ilə bağlı məlumatlar açıqlanıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövrdə Türkiyə limanlarından ümumilikdə 4 milyon 310 min 493 ton gübrə daşınıb. Bu yüklərin 137 min 46 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 4 milyon 173 min 447 tonu isə digər ölkələrin bayraqları altında üzən gəmilərlə daşınıb. Həmçinin, tranzit olaraq 59 min 710 ton gübrə daşınıb.

Oktyabr ayında Türkiyə limanları ümumilikdə 30 milyon 655 min 349 ton yük qəbul edib. Bu yükün 2 milyon 474 min 937 tonu Türkiyə bayrağı altında, 30 milyon 180 min 412 tonu isə digər ölkələrin bayraqları altında daşınıb.

Bundan əlavə, 5 milyon 742 min 347 ton transit yük daşınıb.

Nazirliyin məlumatına görə, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarına ümumilikdə 331 milyon 349 min 368 ton yük daxil olub. Bunun 25 milyon 93 min 787 tonu Türkiyə bayrağı altında, 306 milyon 255 min 581 tonu isə digər ölkələrin bayraqları altında daşınıb. Eyni dövrdə, 57 milyon 567 min 755 ton transit yük daşınıb.

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 713 gəmi qəbul edib. Bu gəmilərin 33 min 584-ü digər ölkələrin bayraqları altında, 18 min 129-u isə Türkiyə bayrağı altında olub.

Oktyabr ayı ərzində isə Türkiyə limanlarına 5 min 396 gəmi daxil olub; bunlardan 3 min 451-i digər ölkələrin, 1 min 945-i isə Türkiyə bayrağı altında olub.

Fuad Mədətov
Fins.az