2024-cü ilin yanvar-oktyabr aylarında Misirdən Türkiyə limanlarına 10 milyon 117 min 462 ton yük daşınıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu dövr ərzində Türkiyə bayrağı altında üzən gəmilər Misirdən Türkiyə limanlarına 1 milyon 857 min 727 ton yük daşıyıb. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 8 milyon 148 min 229 ton yük daşınıb.
Bundan əlavə, Misir bayrağı ilə üzən gəmilərlə 111 min 506 ton yük daşınıb, və 375 min 177 ton tranzit yük daşıyıb.
2024-cü ilin oktyabr ayında isə Türkiyə limanları 30 milyon 655 min 349 ton yük qəbul edib. Bu dövrdə Türkiyə bayrağı altında gəmilərlə 2 milyon 474 min 937 ton yük qəbul edilib, digər ölkələrin bayraqları altında isə 30 milyon 180 min 412 ton yük daşınıb.
2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları ümumilikdə 331 milyon 349 min 368 ton yük qəbul edib. Bunun 25 milyon 93 min 787 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 306 milyon 255 min 581 tonu isə digər ölkələrin bayraqları altında gəmi ilə daşınıb.
Tranzit yük daşınması isə 57 milyon 567 min 755 ton təşkil edib. 2024-cü ilin oktyabr ayında 5 min 396 gəmi Türkiyə limanlarına qəbul edilib, və ümumilikdə yanvar-oktyabr aylarında 51 min 713 gəmi limanlara daxil olub.
Fuad Mədətov
Fins.az