2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə İraq kapitalı ilə 88 şirkət qeydiyyata alınıb, bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 59 şirkət azdır.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Hesabat dövründə İraq şirkətlərinin məcmu kapitalı 161 milyon 910 min 50 türk lirəsi təşkil edib, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12 milyon 495 min türk lirəsi azdır.
Qurumdan verilən məlumata görə, İstanbulda qeydiyyatdan keçən İraq şirkətlərinin əksəriyyəti (70 şirkət) olmuşdur. Bu şirkətlərin ümumi kapitalı 122 milyon 710 min 50 türk lirəsi təşkil edib.
2024-cü ilin yanvar-oktyabr ayında İraq kapitalı ilə 38 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər isə iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərirlər.
Fuad Mədətov
Fins.az