Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4314,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artıb.
Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, neft məhsullarından mazut istehsalı 5,1 dəfə, sürtkü yağları istehsalı 13,3%, ağ neft istehsalı 11,1%, neft bitumu istehsalı 2,7% artıb, avtomobil benzini istehsalı 0,7%, neft koksu istehsalı isə 11,1% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsulları təqdim edirik:
Fuad Mədətov
Fins.az