2024-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2023-cü ilin eyni dövrünə nisbətən real ifadədə 10.1% artaraq 1 milyard 146,3 milyon manat təşkil edib.
Bu barədə Fins.az-a Bakı Şəhər Statistika İdarəsinin məlumatına istinadən xəbər verir ki, kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb. Bu rayonda ictimai iaşə dövriyyəsi 375 milyon 872 min manat təşkil edərək, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7.6% artıb.
Əsas göstəricilər:
- Nərimanov rayonu: Dövriyyə 149 milyon 295 min manat (2.6% artım).
- Nəsimi rayonu: Dövriyyə 143 milyon 428 min manat (62.7% artım).
- Suraxanı rayonu: Dövriyyədə 22.3% artım.
- Xəzər rayonu: Dövriyyədə 9.1% azalma.
Ən yüksək artım və azalma faizləri:
- Ən yüksək artım: Nəsimi rayonu (62.1% artım).
- Ən yüksək azalma: Xəzər rayonu (9.1% azalma).
Aşağıdakı cədvəldə ictimai iaşə dövriyyələrinin bölgüsü, həmçinin ümumi artım və azalma göstəriciləri göstərilib:
Zemfira Ms
Fins.az