2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin İrana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,2% artaraq 26 milyon 935 min 82 dollar təşkil edib.
Fins.az-ın məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlik bildirib ki, 2024-cü ilin oktyabr ayında Türkiyə İrana 2 milyon 946 min 19 dollar dəyərində xalça ixrac edib. Bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 56,6% artım deməkdir.
Ümumilikdə, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin xalça məhsulları ixracı 5,9% artaraq 2 milyard 360 milyon 731 min dollar olub.
Oktyabr ayında ümumi xalça ixracı 274 milyon 570 min dollar təşkil edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə dəyişməyib.
Bundan əlavə, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 2 milyard 883 milyon 39 min dollar məbləğində xalça məhsulları ixrac edib.
Fuad Mədətov
Fins.az