BAZAR

23 Noyabr

Azərbaycanda notbuk, güc transformatoru və ölçmə cihazları istehsalı artıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda bəzi istehsal sahələrində əhəmiyyətli artımlar müşahidə olunub.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə aşağıdakı sahələrdə istehsal həcmi artıb:

  • Notbukların istehsalı 3,2 dəfə artıb.
  • Güc transformatorlarının istehsalı 66,1% artıb.
  • Ölçmə cihazlarının istehsalı 25,8% artıb.

Fuad Mədətov
Fins.az