BAZAR

23 Noyabr

Türkiyədə Özbəkistan kapitalı ilə 49 şirkət qeydiyyata alınıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədə Özbəkistan kapitalı ilə 49 şirkət qeydiyyata alınıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 32 şirkət azalma göstərir.

Fins.az xəbər verir ki, Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) tərəfindən verilən məlumata əsasən, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 93 milyon 707 min türk lirəsi olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 60 milyon 840 min türk lirəsi təşkil edib.

Qurumdan əlavə olaraq qeyd edilib ki, 2024-cü ilin yanvar-oktyabr ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (42) qeydiyyata alınıb. İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı isə 79 milyon 962 min türk lirəsi təşkil edib.

Məlumata görə, 2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Özbəkistan kapitalı ilə 29 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Fuad Mədətov
Fins.az